Dünya

“Rusiya bizə imkan verməz türklərlə həmrəylik içərisində yaşayaq”

“Rusiya bizə imkan verməz türklərlə həmrəylik içərisində yaşayaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan  cəmiyyəti deyəsən yavaş-yavaş silkələnməyə başlayır. Sentyabrın 2-də İrəvanda gənclər arasında “Bu gün nə günüdür” sualı ilə  gənclərə edilən müraciətdə,erməni gəncləri nə gün olduğunu bilmədiklərini,sadəcə olaraq bir gün öncə “Bilik günü” olduğunu qeyd etdilər.

7Times.az xəbər verir ki,özəl televiziya kanalının keçirdiyi bu sorğu  təkcə Ermənistanın  radikal düşüncəli kəsimini deyil,eyni zamanda Xankəndində mövcud olan separatçıları da ciddi şəkildə pərt edib.

Ermənistanda müxalifətə meyilli araşdırma şirkətləri də əhali arasımda sorğiular keçirərək,Nikol Paşinyanın iqtidara gəlməsindən sonra,əhalinin Türkiyə və Azərbaycana qarşı,bütövlükdə türklərə qarşı münasibətini öyrənməyə çalışırlar.

Keçirilən sorğular radikal siyasi kəsimi ciddi mənada özündən çıxarıb.Xüsusilə də daşnakları və erməni diaspor təşkilatlarını.

Sorğuda iştirak edənlərin əsksəriyyəti,demək olar ki,70  faizi bildirib ki, sadə vətəndaşlar hər zaman türklərlə həmrəylik içində yaşayıblar.Onlar siyasi ambisiyalı insanların sayəsində illərdir bu xoşbəxt günləri ancaq xatırlamaqla kifayətləniblər.

Bir çox erməni ekspertləri keçirilən sorğularda əhalinin türklərə olan münasibətindəki müsbət yöndəki dəyişikliyini Paşiniyanın hakimiyyətə gəlişi ilə izah edirlər.Şovinisy düşüncənin təbliğatçılarına çevirilən bu tip ekspertlər hesab edirlər ki, Paşinyan iqtidardan uzaqlaşdırılmayınca,erməni cəmiyyətində türklərə qarşı münasibəti dəyişmək mümkün olmayacaq.

“Deməli, istəsək də istəməsək də, tarixi vətənimizin heç olmasa bir küncündə sülh içində yaşamaq üçün türklərlə mübarizə aparmalıyıq. Sadəcə başqa variant yoxdur. Ermənistanın baş naziri olaraq məğlubiyyətin simvolu olan Nikol Paşinyan tarixin məntiqini pozmağa, davasız sülh qurmağa çalışır. Ancaq bu, istər ölkəmizin qərbində, istərsə də şərqində olsun, ərazilərin daim türklərə verilməsi deməkdir”-düşüncəsində olan erməni şovinist düşüncəli eksperlər hesab edirlər ki, Paşinyan hakimiyyətə gəldikdən sonra 2020 -ci ildəki gördükləri biabırçı məğlubiyyət və bunun ardınca imzalanan 10 noyabır üçtərəfli razılaşma belə əhalidə Paşinyana qarşı müsbət münasibəti dəyişə bilmədi.Nəticədə İyunun 20 -də sülh arzusunda olan insanlar Ermənistanın məğlubiyyət rəmzi olan Paşinyanı yenidən seçdilər.

Erməninstanda,xüsusən də İrəvanda baş tutan sorğularda  əhslinin daha çox üzərində dayandığı bir fikirdə hakimdir. Sorğuda iştirak edən ermənilər bəyan edirlər ki,bölgədə sülhün,qarşılıqlı münasibətlərin yaradılmasını insanlar istəyir.Amma Ermənistan ölkə olaraq bütün rıçaqlarını Rusiyanın nəzarətinə verdiyindən Kremli ermənilərin yenidən türklərlə sülh şəraitində yaşamasına imkan verməöycək.

Türkiyə və Azərbaycanla münasibətlərin qurulması tərəfdarı olanlar bəyan edirlər ki, Rusiya bölgədə,Xüsusilə də Ermənistanda qaldığı müddətcə, türklərlə münasibətlərin qurulması çox çətin görünür. Onlara görə, Paşinyan iqtidarı bütün təyziqlərə  davam gətirib ölkəni bütün qonuşularla sülh şəraiti içərisində inkişafına nail olacağı təqdirdə,bəlkə bun əlaqələrin yaradılmasına inanmaq oldu.