Dünya

BMT-dən su ehtiyatları ilə bağlı SOS siqnalı: Azərbaycanda vəziyyət necədir?

BMT-dən su ehtiyatları ilə bağlı SOS siqnalı: Azərbaycanda vəziyyət necədir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ekspertləri dünyada su ehtiyatlarının həcmi ilə bağlı narahatlığını bildirib.

 

7Times.az təşkilata istinadən xəbər verir ki, qlobal istiləşmə kənd təsərrüfatında su təminatına mənfi təsir göstərib.

 

Əksər ölkələrdə yağıntıların miqdarı və davamlılığı azalıb, quraqlıq və sel daşqınları artıb. Bu isə su çatışmazlığına, eləcə də bu sahədə rəqabətin kəskinləşməsinə yol açıb.

 

BMT ekspertləri su qıtlığının həcmini müəyyən etmək üçün “su stressi”, yaxud su resurslarına olan tələbatın həcmini göstərici kimi istifadə edirlər. Bu göstəricidə əsas su sərfiyyatının su ehtiyatlarına olan nisbəti əsas götürülür.

 

BMT ekspertlərinin hesablamalarına görə, Özbəkistan və Türkmənistanda su sərfiyyatı kritik həddə çatıb. Belə ki, bu türk respublikalarında “su stressi” göstəricisi müvafiq olaraq 169 və 144 faizdir.

 

Tacikistan (62%) və Azərbaycanda (56%) su sərfiyyatından istifadə nisbəti orta sayılır. Digər ölkələrdə Qırğızıstan (33%), Qazaxıstan (50%), Moldova (12%), Ukraynada (14%) bu göstərici minimal olub.

 

“Su stresi” ilə bağlı ən kritik vəziyyət Küveytdə (3850%), ən münasibt vəziyyət isə Konqoda (0,03%) müşahidə olunur.

 

“Kənd təsərrüfatı sistemində su problemi, su çatışmazlığı, suyun çirkləndirilməsi, yaxud həddən artıq istifadə olunması hallarının qarşısını almaq üçün ərzaq istehsalı sistemi yenilənməli, sudan daha effektiv şəkildə istifadə olunmalıdır”, – deyə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sədri Mariya Eleno Semedo söyləyib.Modern.az