Uzun illərdir Hollivud ulduzu Bred Pittlə bağlı suala cavab verməkdən imtina edən Ancelina Coli sükutu pozub.
7Times.az qafqazinfo-ya istinadənb xəbər verir ki, aktrisa “Hüquqlarınızı bilin və onları tələb edin: Gənclər üçün bələdçi” kitabını tanıtdığı “The Guardian” qəzetinə verdiyi müsahibə zamanı əvvəlcə ailəsinin təhlükəsizliyi üçün qorxduğunu etiraf edərək əsl boşanma səbəbindən və keçmiş əri ilə illərlə apardığı mübarizədən danışıb.
Jurnalist Colinin Pitt ilə yaşadığı təcrübəni soruşub, daha sonra uşaqların təhlükəsizliyi üçün qorxusunun səbəbi ilə maraqlanıb.
Aktrisa təhlükəsizlik mövzusunda suallara cavab verməyib, çünki hüquqi nüanslara görə bu barədə danışa bilmədiyini qeyd edib.
Lakin o, ona qarşı edilən şiddəti təsdiq edib, kitabda Pittə qarşı başlatdığı boşanma və məişət zorakılığı ittihamlarından bəhs etdiyini vurğulayıb.
Follow @7timesaz