Ağdaşda iki yeniyetmə qız kanalda boğulub.
Fövqəladə Hallar Nazirliyindən 7Times.az -a verilən xəbərə görə, sentyabrın 6-da Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında boğulan 15 yaşlı Niftəliyeva Arifə Ceyhun qızı və 13 yaşlı Usubova Fatimə Ədalət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində A.Niftəliyeva və Ə.Usubovanın meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.(lent.az)
Follow @7timesaz