Maqazin

Coli Əfqanıstan mövzusunda ABŞ hökumətini tənqid etdi

Coli Əfqanıstan mövzusunda ABŞ hökumətini tənqid etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivud ulduzu, Birləşmiş Millətlər Təşkilatının (BMT) xoşməramlı səfiri Ancelina Coli ABŞ hökumətini tənqid edib.  

7Times.az xəbər verir ki, məşhur aktrisa rəsmi Ağ Evin Əfqanıstandan qaçqın düşən insanlarla bağlı məsələdə bitərəf qalmaqlarını tövsiyə edib.

O, məsələyə insan hüquqları baxımından Co Bayden hökumətinin müdaxiləsinin əsassız olduğunu vurğulayıb: “ABŞ Əfqanıstan vətəndaş cəmiyyəti və əfqan qadınların demək olar ki, tamamilə kənarda qaldığı mövzularda iştirak etməməli idi. Biz buna icazə verməməli idik. İşə, məktəbə gedə bilməyən bütün qadınları, qızları düşünürəm. Azadlıqlarını itirəcək gənclər barədə fikirləşirəm. Əfqanıstandakı vəziyyət tək bir hadisə deyil. On illərlə insan hüquqlarına laqeyd yanaşmaq və insan hüquqlarına əsaslanan yaxşı düşünülmüş müdaxilələrin olmaması ilə beynəlxalq sistemin dağılması deməkdir”.

Bütün dünyanın 20 il əvvəlkindən daha pis bir vəziyyətlə üzləşdiyini vurğulayan ulduz “Həll olunmamış münaqişələrimiz və milyonlarla qaçqınlarımız var”,-deyərək fikrini tamamlayıb.