Dünya

“Bu, həm ABŞ, həm də bütün dünya üçün təhlükə kəsb edir”

“Bu, həm ABŞ, həm də bütün dünya üçün təhlükə kəsb edir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqlim dəyişiklikləri hazırda həm Amerika Birləşmiş Ştatları, həm də bütün dünya üçün təhlükə kəsb edir.

7Times.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden “İda” qasırğasının vurduğu zərərin qiymətləndirilməsi üçün ölkənin şimal-şərqinə səfəri zamanı bildirib.

“Biz alimlər, iqtisadçılar, milli təhlükəsizlik mütəxəssislərinə qulaq asmalıyıq, onlar hamısı deyir ki, ölkə və dünya təhlükədədir”, – o, Nyu-Yorkun Kuins rayonunda mitinqdə çıxış edərkən deyib.

 

“İqlim dəyişiklikləri həyatımız, iqtisadiyyatımız üçün ekzistensial təhlükə yaradır və bu təhlükə artıq gəldi, yaxşı olmayacaq”, – Bayden qeyd edib.

Onun fikrincə, hazırda nəinki zədələnmiş və ya dağılmış infrastrukturu bərpa etmək, həm də ölkədə getdikcə daha çox baş verən fövqəladə hava hadisələrini nəzərə almaqla yeni obyektlərin tikintisi vacibdir.