Aktyor Selçuk Yöntem son verdiyi açıqlama ilə diqqət çəkib.
7Times.az türk mediasına istinadən xəbər verir ki, sənətçi Türkiyədə serial bölümlərinin vaxtının çox olmasından narazı olduğunu vurğulayıb. Hər bölümün 2 saat yarım davam etdiyini deyən aktyor bunu çəkib çatdıra bilməyi möcüzə kimi dəyərləndirib:
“Bizdən başqa bu cür serial çəkən ölkə olduğunu düşünmürəm. 5 gündə 1 bölüm çəkirik, bu möcüzədir.
Serialların vaxtı artdıqdan sonra, 5 ildir ara verdim. Bu işin kreativ olmasını əngəlləyən bir vəziyyətdir. Buna rəğmən yaxşı işlər də ortaya çıxır”.(Axşam.az)