“Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm”.
7Times.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “İnstaqram”da canlı yayımda deyib.
Koronavirusa yoluxan müğənni bir neçə gün əvvəl həkimləri tənqid edən açıqlama vermişdi.
Onun sözlərinə görə, həkimlər yanlış müalicə yazıblar.
Brilliant Dadaşova həmin açıqlamasından sonra təzyiqlə üzləşdiyini bildirib:
“Naxələf insanlarla hökumət mübarizə aparır. Hamının vicdanı olmalıdır. Hökumət harınlamış insanların öhdəsindən gəlir. Başqa bir dostumuzun da bədənini yüklədilər dərmanla, dünyasını dəyişdi. Çox dərman yazan həkimləri həyatınızdan çıxarın. Mənə dərman reklam etmək lazım deyil. Sadəcə, sevən insanların əziyyət çəkməməsini istədim. Mənə qulaq asanlar musiqisevərlərdir. Musiqidən uzaq olanların səhifəmdə nə işi var?!
“Covid” xəstəliyinin 7-8-ci günü ağır olur. Əvvəl adi qrip olanda xəstəxanaya qaçırdım. Amma indi bəzi həkimlərə görə inamım itdi. Yaxşılar da var. Özlərini çoxbilmiş aparan bilməyənlərlə yanaşı yaxşılar da az deyil. Çalışın sizə başqa dərmanlar verib, başqa orqanlarınız sıradan çıxarılmasın. Allah bizi apteklərə xeyir verməyə çalışan həkimlərdən uzaq etsin. Hamımız yaşamalıyıq, amma bu haramçılıqdır.
Həkim məsələsini ona görə deyirəm ki, bu xəstəliyi bir-iki dərman içərək, yataraq, zoğallı çay içərək sağalda bilərsiz. Heç kimi təhqir etmək fikrində deyiləm. Hər insanın qazanacağı çörəkpulu var. Amma başqasının ölümü ilə qazanmaq olmaz.
Dünya çox çətinləşib, ömür qısalıb. Çalışın yaxınlarınızı qoruyun”.
Follow @7timesaz