Taliban Əfqanıstanda yeni hökuməti və səlahiyyətlilərini elan edib.
7Times.az xarici mediaya istinadən xəbər verir ki, bir çox ad məmurlar arasında mübahisə yaratsa da, Mərkəzi Bankın yeni sədri vəzifəsinə təyin olunan Hacı Muhammed İdrisin kompüter qarşısındakı fotoşəkili gündəmə gəlib.
Tvitterdə Talibanın qərarı müzakirə mövzusuna çevrilib. Belə ki, istifadəçilər “Əfqanıstanın yeni Mərkəzi Bankının başçısını təqdim edirik”, “Ciddi görüşlərdə bu adamla danışılacaq?”, “Bu gerçəkdirmi?”, “Kalaşnikov – pul siyasətinin etibarlılığı üçün sehrli silahdır”, “Onu Talibanda kompüteri açmağı bacaran yeganə adam olduğu üçün işə götürdülərmi?” şərhlərini yazıb.
Ölkə.az
Follow @7timesaz