Dünya

Rusiya və Belarus iqtisadiyyatlarını birləşdirir

Rusiya və Belarus iqtisadiyyatlarını birləşdirirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Rusiya və Belarus prezidentlərinin görüşündə əldə edilən razılaşmaya əsasən iki ölkə yaxın gələcəkdə vahid iqtisadi məkan yaradacaq. Razılaşmaya uyğun olaraq qaz, neft, neft məhsulları və elektrik üçün ümumi bazarlar formalaşdırılacaq.

7Times.az  bildirir ki, iki dövlət 28 müttəfiqlik proqramını qəbul edib. Bu proqramlar iqtisadiyyatın müxtəlif sahələrinə aid qanunvericiliyi eyniləşdirmək və şirkətlər üçün eyni imkanların yaradılmasını nəzərdə tutur.
Digər bir razılaşmaya görə belaruslular 2022-ci ildə də rus qazını builki qiymətə alacaqlar. Gələn il Belarus Rusiya qazının 1000 kubmetri üçün 128,5 dollar ödəyəcək.
Hazırda Avropa bazarında qazın qiyməti 650 dollardır.
2023-cü ilin dekabrın 1-nə kimi iki ölkə İttifaq Dövləti daxilində vahid qaz bazarının yaradılması haqqında sənəd imzalamaq niyyətindədir.

Ölkələr eyni zamanda vahid makroiqtisadi siyasət, pul-kredit siyasətinin uyğunlaşdırılması, gömrük və vergi sahələrində daha böyük əməkdaşlıq barədə razılığa gəliblər.
Belarus və Rusiya bütün dolayı vergiləri (aksiz və əlavə dəyər) uyğunlaşdırmaq və bu prosesləri idarə edəcək bir orqan yaratmaq üçün vahid bir metodologiya yaratmağa razılaşıblar. Sfera.az