Xalq artisti Məleykə Əsədovanın qızı Gülərin 16 yaşı tamam olub.
7Times.az xəbər verir ki, sənətçi övladının özəl gününü şəhər restoranlarından birində qeyd edib.
Əsədova gecədən fotoları sosial şəbəkə hesabında yayımlayıb. O, paylaşımına “Qızımın 16 yaşı tamam oldu. Sonsuz şükürlər olsun Allahıma. 2 gündür cox təbrik mesajları almışam, məni və övladımı təbrik edənlərə təşəkkürümü bildirirəm. Allah bütün övladları qorusun. Allahım məni sevənin də, sevməyənin də övladını şanslı, sağlam, xoşbəxt eləsin. Valideynlər övladlarına baxıb fəxr etsinlər. 16 il çox tez keçdi. Hər saniyə övladıma olan sonsuz sevgim məni gəncləşdirdi, yaşamaq eşqimi artırdı. Mənə bu gözəl hissləri yaşatdığı üçün sonsuz şükürlər olsun Allahıma. İstəyim sağlam can, balamı da, məni də mərdimazarlardan qorumasıdır” sözlərini yazıb.(Axşam.az)
Follow @7timesaz