Türkiyənin Trabzon şəhərində əxlaqsızların sıx yaşadığı məhəllə kimi tanınan və əcnəbilərin sıx məskunlaşdığı Çömləkçidə axtarışlar aparılıb.
7Times.az Metbuat.az-a istinadən xəbər verir ki, polisin apardığı axtarışlar zamanı gündəlik kirayə verilən evlərə qəfil basqınlar edilib.
Nəticədə əxlaqsızlıqla məşğul olan 25 qadın saxlanılıb. Evlərin birində aparılan axtarışlar zamanı polislər gördüklərinə inanmayıb. Qadınlar polis basqını zamanı həbsdən yayınmaq üçün otaqda xüsusi boşluq yaradıblar. Məlum olub ki, qadınlar həmin bölmələrdə gizlənərək bir neçə dəfə polisin diqqətindən yayına biliblər.
Qeyd edək ki, hələ illər əvvəl əxlaqsızlıq geniş yayıldığı üçün məhəllədəki otellar bağlanmışdı.
Follow @7timesaz