Maqazin

“İlk məhəbbətim həyat yoldaşım oldu” – Sənubər İsgəndərli

“İlk məhəbbətim həyat yoldaşım oldu” – Sənubər İsgəndərlibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlk məhəbbətim, eşqim həyat yoldaşım oldu. Ailə qurduq, övladımız oldu. Sevgi gözəl şeydi. Onu həqiqətən dadan xoşbəxt insandı. Sevgini daddın, nə gözəl. Sonuc hara getdi, önəmli deyil”.

7Times.az Axşam.az-a istinadən  xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli “Bakı gecələri” proqramında qonaq olarkən deyib. Aktrisa həyatı, sənəti ilə bağlı sualları cavablandırıb.

“Sənətdə, yoxsa həyatda xoşbəxt oldunuz” sualına aktrisa belə cavab verib:

“Əvvəla xoşbəxtəm ona görə ki… Allah mənə övlad, nəvələr, gözəl sənət bəxş edib. Buna görə Allaha şükür edir, özümü xoşbəxt sayıram. Xoşbəxtlik nisbidir”.

S.İsgəndərli az filmə çəkilməsindən gileylənib:

“İllər getdi. Çox heyif ki, kinoda az oynadım. Buna heyifslənirəm. Teatra gəlir tamaşaçı baxır gedir və bitir. Amma “Kişi sözü”, “Şahid qızı”, “Təsadüfü görüş” bu gün də göstərilir. Xatirələrdə qalır. Teatr uzunömürlü olmur”.