ABŞ səfiri Con Sallivanın Rusiya Xarici İşlər Nazirliyinə çağırılmasının səbəbi açıqlanıb.
7Times.az TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey ryabkov bildirib ki, amerikalı dipolmat nazirliyə ABŞ-ın rəqəmsal nəhəngləri tərəfindən Moskvada Dövlət Dumasına seçkilərə müdaxilə olunması səbəbindən çağırılıb. O, buna dair əllərində sübutlar olduğunu bildirib:
“Söhbət əsnasında Rusiya tərəfinin Dövlət Dumasına seçkilərin hazırlanması və keçirilməsi kontekstində Amerikanın rəqəmsal nəhəngləri tərəfindən Rusiya qanunvericiliyinin pozulmasına dair təkzibedilməz dəlillər olduğu vurğulandı. Bununla əlaqəli olaraq ölkəmizin daxili işlərinə müdaxilənin yolverilməz olduğu bildirildi”.
ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
ABŞ səfirliyinin mətbuat katibi Ceysoh Rebhold isə Sallivanın nazirliyə çağırılmasını belə şərh edib:
“Səfir Sallivan xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşərək, ABŞ prezidenti Co Baydenin Rusiya ilə sabit, proqnozlaşdırıla bilən münasibətlər qurmaq istəklərini dəstəkləmək üçün bir sıra ikitərəfli məsələləri müzakirə etdi”.
Follow @7timesaz