Kanadada mart ayından bəri ilk dəfə koronavirusdan ölüm baş verməyib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, məlumatı ölkənin İctimai Səhiyyə Agentliyi yayıb.
Sentyabrın 11-də Kanadada 702 nəfər koronavirusa yoluxub, amma ölüm faktı qeydə alınmayıb. Bununla da yoluxma hallarının sayı 135 626-ya yüksəlib. Onlardan 9 163 nəfər ölüb, 11 674 nəfər sağalıb.
Qeyd edək ki, Kanadanın əksər əyalətlərində karantin məhdudiyyətlərinin yumşaldılmasından sonra yoluxma hallarının sayında cüzi artım müşahidə edilib.
Follow @7timesaz