Maqazin

“Darıxıram, kəndimizə gedib atamın, bacımın qəbirlərini ziyarət etmək istəyirəm…”

“Darıxıram, kəndimizə gedib atamın, bacımın qəbirlərini ziyarət etmək istəyirəm…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Pandemiya dövründə onlayn dəsrlərimiz olub, onları keçmişik. Daha sonra bir neçə mahnılarımız var ki, onların üzərində işləmişik, lentə aldırmışıq. Bilirsiniz ki, hər şey məhduddur deyə çox şey edə bilmirik”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib. Xanəndə bir müddətdir ki, səhhətindəki problemlərdən əziyyət çəkən ustadı, Xalq artisti Arif Babayevlə də tez-tez əlaqə saxladığını bildirib:
“Arif müəllimlə təbii ki, zəngləşirik, səhhətini soruşuram. Allah can sağılığı versin. O, bizim sənətin sütunlarından biridir, ustad sənətkarımızdır. Allah ona uzun, sağlam ömür versin. Əlaqə saxlayıb görüşmüşük. Tez-tez də danışırıq. Əhval-ruhiyyəsini soruşuram. Əvəzedilməz sənətkarlarımızdan biridir. İndi istirahət edir və şükür Allaha ki, səhhəti yaxşıdır”.
Muğam ifaçısı doğulduğu Ağdam rayonu haqqında arzularını da dilə gətirib:
“Özünüz də bildiyiniz kimi, Ağdamda da, Şuşada da olduq. Doğulduğum Əlimədədli kəndinə hələ gedib çıxmamışam. Çünki oralar minalara görə bir az risklidir. Amma doğulduğum kəndin torpağına nə vaxt ayaq basacağım günü çox səbirsizliklə gözləyirəm. Mən də tezliklə doğulduğumuz o torpaqları, evimizi görmək, atamın, bacımın qəbirlərini ziyarət etmək istəyirəm. İnşallah, gedib o yerlərə çıxaq və quruculuq işləri də olacaq. Mən o torpaqlara müqəddəs yer kimi baxıram. Arzumdur ki, tezliklə o yerlərə gedək”.