Türkiyənin “Show TV” kanalında “Never Give Up” verilişinə çıxan Risalə adlı azərbaycanlı qadının heç kimə aman vermədən danışması aparıcı Didem Arslan Yılmazı əsəbiləşdirib.
7Times.az türk mediasına istinadən xəbər verir ki, əsəblərini cilovlaya bilməyən redaktor “dayan bir, imkan ver” desə də, ona qulaq asan olmayıb. Sonda 27 yaşlı qadının ərinə və qayınanasına danışma haqqı vermədən davamlı danışması aparıcının qəzəbinə səbəb olub. Xəbərdarlıqlara baxmayaraq susmayan qadına əsəbiləşən Yılmaz “Risalə, başqalarını da dinləməliyik. Bir dəqiqə gözlə. Dəli olacağam, qayınanan olsaydım səni qəbul etməzdim” deyərək onu aşağılayıb.Milli.Az