Əməkdar artist Ədalət Şükürov şəxsi həyatı ilə gündəmə gəlib.
7Times.az xəbər verir ki, “10-da görüşək” proqramına qonaq olan sənətçi, qızının və oğlunun heç vaxt efirlərdə görünməməsinədən danışıb.
O, bir ata kimi ali təhsilli övladları ilə fəxr etdiyini də bildirib:
“Qızımla fəxr edirəm. Məktəbi bitirdi, xarici dillər universitetində oxudu, heç kim bilmədi ki, o, mənim qızımdır. Diplomunu da özü aldı. Oğlum da eyni. Bir dəfə efirdə oxuduğu universitetin adını çəkdim, onda bildilər ki, o mənim oğlumdur. Gəldi dedi ki “Ata, harada demisən?”
Normal haldır, ata övladla fəxr edər. Övlad atasına güvənər. Amma bəzi şeylər olur. Bizim ailədə başqa cürdür.
Ailəsini, övladlarını göstərənlər də yaxşı edir. Ona deyə bilmərəm belə etmə. Adam istəyir göstərir, istəmir göstərmir”.
BAKU.WS