Dünya

8 yaşlı uşaq koronavirusdan sonra iflic qaldı

8 yaşlı uşaq koronavirusdan sonra iflic qaldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da koronavirusa yoluxan 8 yaşlı uşaq virusdan sağalsa da, iflic qalıb.

7times.az dünya mətbuatına istinadən xəbər verir ki, Amerikanın Minnesota bölgəsinin sakini olan Avella Braun mart ayının əvvəlində virusa yoluxduqdan sonra bütün həyatı dəyişib. Belə ki, koronavirus 8 yaşlı uşaqda nadir rast gəlinən avto-immun xəstəliyinə səbəb olub və A. Braun iflic qalıb.

Ensefalomyelit (ADEM) diaqnozu kimi tanınan xəstəlik bədənin immunitet sisteminin özünə hücum etməsinə səbəb olur və onurğa beyni və beyin şişkinliyinə gətirib çıxarır.

Azyaşlının həkimi baş verənlərin ən böyük səbəbkarının koronavirus olduğunu bildirib.

Xatırladaq ki, dünya alimləri iyun ayında koronavirusla ADEM arasında əlaqəni qurmağa başladıqlarını açıqladılar. Mütəxəssislər, dünyada koronavirusdan sağ çıxan insanların oxşar hallarla qarşılaşa biləcəkləri barədə xəbərdarlıq edirlər.