Rusiyanın Perm Universitetində atəş açan Timur Bekmansurovun mənzilindən görüntülər yayılıb.
7times.az xəbər verir ki, kadrlarda cinayətkarın yaşadığı otaq göstərilir. Görüntülərdə yatağın üstündə silah -sursat və digər ləvazimatların olduğu əks olunub.
Yatağın yanında silah təmizləyici dəsti olan silah kassası var. Eyni zamanda, Bekmansurovun istifadə etdiyi monitor və kompüter də var.
Qeyd edək ki, T.Bekmansurovun universitetdə atəş açması nəticəsində 6 nəfər ölüb, 24-ü isə yaralanıb.
Axar.az
Follow @7timesaz