Bu ölkənin Prezidenti özünü “Dünyanın ən cool diktatoru” ADLANDIRDI – FOTO

Bu ölkənin Prezidenti özünü “Dünyanın ən cool diktatoru” ADLANDIRDI – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

El Salvador prezidenti Nayib Bukele şəxsi tvitter hesabındakı “haqqında” bölümünə “Dünyanın ən “cool” diktatoru”, – yazıb.

7times.az xəbər verir ki, Bukele bu addımı ölkədə keçirilən etiraz aksiyalarından sonra atıb.

Belə ki, çox sayda insan El Salvadorun Bitkoin kriptovalyutasını qanuni ödəniş vasitəsi kimi qəbul etməsinə qarşı çıxıb.

Aksiya iştirakçıları bu addımın yoxsul Latın Amerikası ölkəsinə qeyri-sabitlik və inflyasiya gətirəcəyini vurğulayıblar.

Bu səbəblə etirazçılar “Diktator Bukele” yazılan plakatlar qaldıraraq küçələrdə nümayiş keçiriblər.

Həmin hadisədən sonra Bukele özü haqqında “Dünyanın ən “cool” diktatoru”, – deyə yazıb.