Filippin Prezidenti Rodriqo Duterte BMT-ni keçmiş dövrün məhsulu adlandırıb.
7Times.az xəbər verir ki, Filippin Prezidenti bunu BMT Assambleyasının 76-cı sessiyasına ünvanladığı videomüraciətində deyib.
“Qlobal effektiv idarəetmə tələb edən çoxsaylı böhranlarla üzləşirik. Bununla belə, BMT də daxil olmaqla qurumlarımız qeyri-adekvat nəticə nümayiş etdirdilər. BMT keçmiş dövrün məhsuludur və artıq bu günün siyasi və iqtisadi reallıqlarını əks etdirmir”, – deyə Duterte vurğulayıb.
Onun sözlərinə görə, BMT-nin islahatlar yolu ilə öz imkanlarını genişləndirməsi mütləqdir. O, həmçinin qeyd edib ki, əgər BMT dünyanı çoxsaylı böhranlardan qurtarmaq istəyirsə, hər şey dəyişməlidir.
Follow @7timesaz