Dünya

Gorus qubernatorunun axtarışda olan oğlu saxlanıldı

Gorus qubernatorunun axtarışda olan oğlu saxlanıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə aydır axtarışda olan Zəngəzur vilayətinin qubernatorunun oğlu könüllü şəkildə polisə təslim olub.

7Times.az xəbər verir ki, bu barədə “Shamshyan” yayıb. Bildirilir ki, vilayətin qubernatoru Melikset Poqosyanın 33 yaşlı oğlu Karen Poqosyan cari ilin iyul ayının 21-dən Gorus polisi tərəfindən axtarışda idi. Belə ki, Karen Poqosyan adam öldürməyə cəhddə və qanunsuz silah saxlamaqda təqsirli bilinir. Hazırda K.Poqosyan Ermənistanın Ədliyyə Nazirliyinin “Armavir” cəzaçəkmə müəssisəsinə köçürülüb.

Qeyd edək ki, Karen Poqosyan Gorusda baş vermiş atışmanın iştirakçılarından biridir. Atışmada iştirak edən digər şəxs isə Zəngəzur vilayətinin keçmiş qubernatoru Sürik Xaçatryanın oğlu Tiqran Xaçatryan olub. Atışma zamanı S.Xaçatryanın qohumu və K.Poqosyanın dostu yaralanmışdı.