İdman

Mahir azərbaycanca onu sevdiyini bildirən polşalı qızı unutmadı – FOTO

Mahir azərbaycanca onu sevdiyini bildirən polşalı qızı unutmadı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millimizin futbolçusu Mahir Emrelinin Polşada fanatları çoxalıb.

7times.az xəbər verir ki, Polşa Kubokunun 1/32 finalının “Viqrı” ilə görüşündə “Legiya” fanatlarından biri azərbaycanca “Səni sevirəm, Emreli” yazılmış pankard açıb.

Suvalki şəhərində keçirilən matç başa çatdıqdan sonra Mahir Emreli həmin qız fanata avtoqraf verib.

Qeyd edək ki, “Legiya”nın 3:1 hesabı ilə qalib gəldiyi görüşdə Mahir Emreli meydana 57-ci dəqiqədə daxil olub. O, 80-ci dəqiqədə qol vurub. Bu, onun Polşanın son çempionunun heyətində vurduğu 8-ci rəsmi qol olub./oxu.az/