Xalq artisti, “Crocus Group” şirkətinin birinci vitse-prezidenti Emin Ağalarov KAI adlı yeni restoran layihəsinə 1 milyon dollar (1,7 milyon AZN) yatıracaq.
Bu barədə 7Tımes.az “Vedomosti” nəşrinə istinadən xəbər verir.
Yapon mətbəxi restoranı biznesmenin Moskvada Novorojiskoye şosesində yerləşən “Estate Mall” adlı yeni ticarət mərkəzində bu ilin sonunadək açılacaq.
E. Ağalarovun sözlərinə görə, obyektin investoru özüdür. İnvestisiyalar ərazinin restorana uyğun hazırlanması, avadanlıqlar, qab-qacaq və s. əşyaların alınması qiymətini əhatə edir.
Xalq artistinin nümayəndəsi “Vedomosti”yə bildirib ki, biznesmenin Moskva, Moskva ətrafı ərazilər, Sankt-Peterburq və Bakıda ümumilikdə 50-dən çox restoran layihəsi var.
Xatırladaq ki, daha əvvəl E. Ağalarovun Bakıda ticarət mərkəzi və bulvar inşa etdirəcəyi bildirilmişdi.
Follow @7timesaz