Çinin Mərkəzi Bankı kriptovalyuta ilə ticarətə icazə verilməyəcəyini və sözügedən ticarətlərin ölkədə qadağan olunduğunu bəyan edib.
7times.az “Haber Global”a istinadən xəbər verir ki, Çin hökuməti həmçinin xaricdəki mübadilə mərkəzlərinin ölkədəki sərmayəçilərə dəstək verməsinə də qadağa qoyub.
Bu açıqlamalardan sonra kriptovalyutalar, xüsusilə də Bitcoin 5 faiz dəyər itirib.
Mərkəzi Bankın məlumatına görə, kriptovalyuta ticarətinə nəzarət etmək üçün fəaliyyət göstəriləcək.
Follow @7timesaz