1994 -cü ildə Molla Ömərin rəhbərliyi altında yaranan “Taliban”ın kəndindən görüntülər dünya mediasında ilk dəfə işıqlandırılıb.
7times.az Anadolu Agentliyinin hazırladığı reportajı təqdim edir.
“Taliban”ın yarandığı Sanqisar kəndi Əfqanıstanın cənubundakı Qəndəhar əyalətinin mərkəzindən 75 kilometr aralıda, Cirey rayonunda yerləşir.
Yol boyu bir çox keçid məntəqələrindən keçərək gedilən kənddə hələ də təxminən 300 ailə yaşayır.
Kənddə ABŞ-ın hücumları nəticəsində məhv edilən “Taliban”” qurucusu Molla Ömərin evindən yalnız bir divarın qalıqları qalıb.
Sanqisar kəndində “Taliban” üçün 4 əhəmiyyətli bina var.
“Taliban” qurucusu Molla Ömərin evi və imam olaraq xidmət etdiyi məscid, “Taliban”ın ilk mədrəsəsi və Molla Əbdülqəni Bəradər doğulub böyüdüyü ev daxildir.
Qeyd edək ki, Molla Ömər mədrəsədə həm imam, həm də müəllim kimi çalışıb.
Sanqisar sakinlərindən biri deyir:
“11 sentyabr hücumlarından sonra Usamə Bin Ladeni təslim etməyən Molla Ömərin evi ABŞ təyyarələri tərəfindən 3 ayrı hava hücumu nəticəsində dağıdıldı”.
Molla Ömərin dostu Şah Axund mücahidlərin 8 qrupa bölündüyünü və ərazilərinə nəzarəti ələ keçirdiklərini xatırladıb, bu qrupların zaman keçdikcə basqılarının qoşulduğunu və “Taliban”ın qurulma prosesini belə izah edib:
“Mövləvi Əbdülsəməd adlı bir din xadimi yanıma gəldi və zülm qarşısında bir şey edilməli olduğunu söylədi. Mən də Mövləvi Əbdülsəməd, Mövləvi Əbdülrəhman və digər iki ruhani ilə birlikdə Cümə günü Molla Ömərin mədrəsəsinə getdim. Baş verənləri ona dedik və bir qrup yaratmaq üçün məsləhətləşdik”.
“Taliban”ın qurulması ilə bağlı ümumi razılıq əldə edildikdən sonra təşkilatlanma səylərinin başladığını ifadə edən Şah Axund əlavə edib:
“Molla Ömər əvvəlcə döyüşəcək insanları və silah tapmağımızı istədi. Görüşdən bir gün sonra bu fikri insanlarla paylaşdıq. 4 kənddən bizə dəstək olacaqlarını da söylədilər”.
Daha sonra bir çox din alimləri ilə məşvərət görüşləri keçirildiyini qeyd edən Şah Axund onların da dəstəyini aldıqlarını və yekdilliklə 4 qurucu üzv arasından Molla Öməri hərəkatın lideri seçdiklərini xatırladıb.
Mövləvi Məhəmməd Şah Axund silah əldə edildikdən sonra ilk hücumla əlaqədar gördüklərini yada salıb:
“İlk əməliyyat zamanı Qəndəharın Meyvənd rayonunda bir məktəbi hərbi məntəqə olaraq istifadə edən rəqib qrupa qarşı 100 adamla hücuma hücuma keçdik, məktəbi nəzarətə götürdük. Bu hücumdan sonra adımız yayılmağa başladı. Pakistanda təhsil alan əfqan tələbələr bizə dəstək olmağa gəldilər. Qısa müddətdə təxminən 500 nəfərə çatdıq”.
Şah Axund qarşıdurmalarda qazanılan uğurlardan sonra “Taliban”ın sürətlə böyüdüyünü, tədricən bütün Qəndəharın nəzarətə götürüldüyünü bildirib.