Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Jony-nin (Cahid Hüseynli) Qazaxıstanın Çimkənd şəhərində planlaşdırdığı konserti təxirə salınıb.
7times.az axşam.az-a istinadla xəbər verir ki, bu hadisə qalmaqala səbəb olub.
Konsert əvvəlcədən yox, tədbirin başlamasına bir neçə dəqiqə təxirə salınıb.
“Şokdayıq… Qanuna qarşı dilimiz qısadır. Amma… Şəhərin rəhbər şəxsləri konserti bir neçə gün əvvəl yox, həmin məqamda təxirə salıb. Onlar səhnəyə çıxıb mikrofonu götürüb konserti təxirə salma məqsədlərini açıqlamaqdan qorxdular. Bu insanlar pul xərcləyib, bilet alıblar. Qarşılığında isə polis məni hədələyir ki, əgər mikrofona yaxın dursan, səni şöbəyə aparacağıq.
Ümid edirəm ki, mənim kimi cinayətkar olmadan şəhər rahat olacaq. Mənə dedilər ki, qərar gecə qəbul edilib və sabah da ləğv olunacaq. Maraqlı təsadüfdür”, – deyə Jony bildirib.
Çimkənd merinin açıqlamasında isə bildirilib ki, konsertin ləğv edilməsinə səbəb sanitar qaydaların pozulması olub. Zal tamaşaçı ilə dolu olub, ara məsafə saxlanmayıb və insanlar maska taxmayıb.
Jony-nin növbəti konserti Nur-Sultan şəhərində olacaqdı. Sözügedən tədbir də eyni səbəbə görə təxirə salınıb.
Follow @7timesaz