Gürcüstan parlamentinin daha bir deputatı Gedevan Popxadzenin koronavirusa yoluxduğu təsdiqlənib.
7times.az xəbər verir ki, o, ötən gün yüksək temperaturla xəstəxanaya müraciət edib.
Deputatın COVID-19-la bağlı testi pozitiv nəticələnib.
Qeyd edək ki, bundan öncə deputat Levan Qoqiçaişviliyə də koronavirus diaqnozu qoyulub. Hər iki deputat “Bizim Gürcüstan – Həmrəylik Alyansı” Partiyasında təmsil olunur. Siyasi təşkilatın digər liderləri özünütəcrid rejimindədirlər. Report
Follow @7timesaz