ABŞ baş qərargah rəisi, general Mark Milli keçən həftə rusiyalı həmkarı Valeri Gerasimovla görüşdüyünü, Amerika ordusunun Əfqanıstandakı əməliyyatlarında sərhəd yaxınlığındakı Rusiya bazalarından istifadə etmək istəyini çatdırdığını iddia edib.
7times.az xəbər verir ki, Millinin Gerasimovla Helsinkidə görüşdüyünü və bir çox məsələləri, xüsusən də Əfqanıstandan çıxarılma prosesini müzakirə etdiyini açıqlayıb.
Açıqlamaya daxil edilməyən görüşün detalları Milli və ABŞ müdafiə naziri Lloyd Ostinin Senatın Silahlı Qüvvələr Komitəsində ifadə verməzdən əvvəl “Wall Street Journal”a sızıb.Adının çəkilməsini istəməyən bəzi ABŞ rəsmiləri nəşrə verdiyi açıqlamada general Millinin Milli Təhlükəsizlik Şurasının istəyini Prezidentin Vladimir Putinə çatdırmaq üçün Helsinkidə general Gerasimova bildirdiyini söyləyiblər.
Gerasimovun bununla bağlı heç bir vəd vermədiyinə vurğu edilən məlumatada Putininin iyunun 16-da ABŞ Prezidenti Co Baydenlə görüşündə Amerika hərbçilərini Rusiya bazalarında yerləşdirə biləcəkləri fikrini səsləndirdiyi xatırladılıb.
ABŞ və Rusiya tərəfləri hələlik bu mövzuda rəsmi açıqlama verməyib. Qanuna görə, ABŞ-ın Rusiya ilə hərbi əməkdaşlıq etməsi qadağandır./teleqraf/
Follow @7timesaz