“Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Türkiyənin Müdafiə sənayesi ilə bağlı bəzi sualları xüsusilə məndən soruşdular. Biz də onlara lazımi cavabı verdik. Çünki atdığımız addımlardan geri dönməmiz mümkün deyildir”.
7Times.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəp Təyyib Ərdoğan, Soçidə Rusiya prezidenti Vladimir Putin ilə görüş əsnasında söyləyib. Ərdoğan xüsusilə qeyd edib ki, Türkiyə-Rusiya münasibətlərinin hər keçən gün inkişaf etməsində fayda var.
“Suriya ilə bağlı atacağımız addımlar da xüsusi önəm kəsb edir. Orada sülhün bərqərar olması da Türkiyə- Rusiya münasibətlərinə bağlıdır” deyə Ərdoğan bildirib.
Follow @7timesaz