Dünya

Keçmiş müdafiə naziri David Tonoyan saxlanıldı – Ölən əsgərlərin yaxınlarından külli miqdarda pul alıb

Keçmiş müdafiə naziri David Tonoyan saxlanıldı – Ölən əsgərlərin yaxınlarından külli miqdarda pul alıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbs olunub.

7times.az erməni mətbuatına istinadla xəbər verir ki, ölən əsgərlərin yaxınlarından pul tələb etmədə təqsirləndirilən Tonoyanın işi artıq məhkəməyə göndərilib.

Üç tərəfli bəyannamə imzalandıqdan sonra müharibə zamanı itkin düşən və ya ölən hərbi qulluqçuların valideynlərindən və yaxınlarından külli miqdarda pul alaraq çox sayda saxtakarlıq halları haqqında məlumatlar daxil olub. Bu barədə Ermənistan Respublikası Baş Prokurorluğu məlumat yayıb.

Cinayətkar qrup Azərbaycanda ölən, itkin və ya əsir düşən hərbçilərin valideynləri və qohumları ilə əlaqə yaradıb. Özlərini yüksək rütbəli hərbi qulluqçu və ya digər təhlükəsizlik xidmətləri ilə sıx əlaqədə olan şəxs kimi təqdim edərək valideynlərə, Azərbaycan həbsxanalarında saxlandıqları iddia edilən oğulları haqqında dəqiq məlumatları olduğunu, əlaqə yaratmaq üçün pul təklif etdiklərini söyləyiblər.

Külli miqdarda pul müqabilində övladlarını azad edərək 3-cü ölkə vasitəsi ilə Ermənistana gətirəcəklərinə vəd veriblər. Bəzi hallarda bu qrup tələb olunan pulun bir hissəsini əldə edə bilsə də, əksər hallarda hüquq -mühafizə orqanları onların cinayət niyyətlərini həyata keçirməsinə mane olublar.

Bu faktlara görə 12 cinayət işi açılmış, 9 nəfərə ittiham irəli sürülmüş, onlardan 8-i barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ümumi yurisdiksiya birinci instansiya məhkəməsinə 8 nəfərə qarşı ittiham aktı ilə 8 cinayət işi göndərilib. KONKRET.az