Çexiyada koronavirus pandemiyasının ikinci dalğası elan edilib.
7times.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Çexiya hökumətinin elm və tədqiqatlar məsələləri üzrə səlahiyyətlisi Roman Prımula bildirib. Onun sözlərinə görə, ölkədə mövcud xəstəxana tutumu xəstəliyin ağır simptomlarına yoluxanları xəstəxanaya yerləşdirmək üçün yetərli olmaya bilər.
“İkinci dalğa artıq buradadır. Çexiyada ikinci dalğa başladı”, – deyə Prımula bildirib.
Qeyd edək ki, ötən gün Çexiyada 1 541 yeni yoluxma sayı elan edilib. Ölkədə ümumilikdə 35 401 nəfər virusa yoluxub, 453 nəfər ölüb, 21 209 nəfər infeksiyaya qalib gəlib. qafqazinfo
Follow @7timesaz