Baydenlə görüşdə ABŞ-ın Suriyaya yanaşması ilə bağlı təkliflərimizi səsləndirmək imkanımız olacaq.
7times.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Aramızdakı bütün hərbi, siyasi, iqtisadi və ticarət əlaqələrini nəzərdən keçirəcəyik. Məsələn, F-35 problemi. 1 milyard 400 milyon dollar ödədik. Nə olacaq? Pulumuz çoxdur, amma onları ətrafa səpələyən bir ölkə deyilik. Biz bu pulu asan qazanmamışıq. Ya təyyarələrimizi, ya da pulu bizə geri verəcəklər”, – Ərdoğan bildirib.
Follow @7timesaz