Rusiyanın Lesozavodsk şəhərinin Sportivnaya küçəsində yerli sakinin biləyini kəsməsi ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin bölgə üzrə nümayəndəsi bildirib.
Şahidlərin sözlərinə görə, kişi yaşadığı 3-cü mərtəbənin balkonuna çıxaraq qışqırmağa başlayıb. Bu zamanı onun əlinin qanadığı məlum olub. Sonradan sakinin sol əlini kəsərək yerə atdığı bildirilir.
Polisin məlumatına görə, sözügedən 46 yaşlı sakin evdə tək yaşayır, içki aludəçisidir. Hadisənin video görüntüləri sosial şəbəkələrdə də yayılıb./apa.az
Follow @7timesaz