Azərbaycanla sərhəddə təlim keçən İran ordusunda qanlı hadisə baş verib.
7times.az xəbər verir ki, iranlılar Azərbaycanla sərhəddə keçirdiyi təlimlərdə “AH-1 SuperCobra” hücum vertolyotlarından yanlışlıqla öz texnikalarına atəş açıblar.
Nəticədə 3 İran əsgəri ağır yaralanıb. Hadisə barədə əlavə məlumat verilməyib.
Bu barədə məlumatı araşdırmaçı jurnalist Elçin Alıoğlu şəxsi feysbuk hesabında paylaşıb. Demokrat.az
Follow @7timesaz