Dünya

Zorlanmış yeniyetmə özünü binadan atdı – Təcavüz edən şəxsin kimliyini bilənlər dəhşətə gəlir

Zorlanmış yeniyetmə özünü binadan atdı – Təcavüz edən şəxsin kimliyini bilənlər dəhşətə gəlirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankarada təcavüzə uğradıqdan sonra intihar edən 18 yaşlı Eda Nur Kaplanla bağlı şok etiraflar üzə çıxıb.

Belə ki, intihar etdiyi bildirilən qızın rəfiqəsi Sıla F. qandonduran etiraflarla çıxış edib.

7times.az haberler.com-a istinadən xəbər verir ki, Eda Nurun gənc yaşlarında dayısı tərəfindən zorakılığa məruz qaldığını deyən rəfiqəsi, anasının bu barədə bildiyini, ancaq “belə bir şey yox idi” deyərək şikayətindən imtina etdiyini iddia edib.

Xatırladaq ki, cinsi təcavüzə məruz qaldığını iddia edən və sonra bir binanın 15-ci mərtəbəsindən tullanaraq həyatına son qoyan Eda Nur Kaplanın istintaqı ilə əlaqədar saxlanılan Yusuf G. bu yaxınlarda azad edilib. Lakin sonradan prokurorun etirazından sonra saxlanılıb./milli.az