“Dünyanın ağciyərləri” adlandırılan meşələr yanmağa davam edir, yerində qalan usə qaranlıq bir boşluqdur.
7times.az xəbər verir ki, ekoloqlar Braziliyanın Amazon cəngəlliklərində vəziyyətin həddindən artıq acınacaqlı olduğunu bildirirlər.
Dünyanın ən böyük “oksigen deposu” olan Amazon meşələrində yanğınlar keçən ilə nisbətən 50 faiz artıb.
Ölkənin Rondonya əyalətinə gedən mütəxəssislər bölgə sakinləri ilə söhbət ediblər. Yerli sakinlər gələcək nəsillər üçün meşələrdən heç nə qalmayacağından narahatdırlar. Ölkə lideri Jair Bolsonaro baş verənlərdən məsuliyyət daşıyan əsas şəxs olaraq göstərilir.
“Greenpeace” qrupunun Braziliya nümayəndəsi 60 hektar ərazinin cəmi 4 gün ərzində külə çevrildiyini deyib. Yerli sakinlər isə bölgədəki mədənlərin fəaliyyətləri nəticəsində təxminən 13 min yanğın olayının baş verdiyini iddia edirlər./teleqraf/
Follow @7timesaz