İspaniya dövləti valideynlərinin evlərindən köçmək istəyən gənclərə 250 avro (500 manat) kirayə pulu verəcək.
Baş nazir Pedro Sançez valideynlərinin evlərindən köçmək istəyən gənclərə kirayə pulu ödəmələri üçün pul təklif edilməli olduğunu deyib.
Solçu koalisiya hökumətinə rəhbərlik edən Sançez daha geniş mənzil layihəsi çərçivəsində illik qazancı 23 min avrodan aşağı olan 18-35 yaş arası gənclər üçün aylıq 250 avro yardım təklif edib.
İspaniya Avropa Birliyində ən çox ev sahibi olan ölkələrdən biridir. Bir çox gənc yüksək kirayə, aşağı əməkhaqqı və yüksək işsizlik səbəbiylə valideynləri ilə yaşamaq məcburiyyətindədir.
İspaniyada insanlar valideynlərinin evlərini orta hesabla 30 yaşında tərk edirlər, Avropa Birliyində isə bu rəqəm 26,4-dür.AZXEBER.COM