Gürcüstanda Batumi şəhərində binanın çökməsi nəticəsində həlak olan vətəndaşların xatirəsinə ehtiram olaraq oktyabrın 11-i matəm günü elan olunub.
7times.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili müvafiq qərar imzalayıb.
Qərara əsasən, həmin gün ölkə ərazisində dövlət bayraqları endiriləcək.
Əlavə edək ki, oktyabrın 8-də günorta saatlarında Batuminin 26 May küçəsində iki beş mərtəbəli bina uçub və hadisə nəticəsində 6 nəfər ölüb, üç nəfərin axtarışları isə davam etdirilir./nargin.az
Follow @7timesaz