ATV-də yayımlanan “Bizimləsən” proqramında Zaur Baxşəliyev illərdir küsülü olduğu həmkarı Xoşqədəm Hidayətqızından danışıb.
7times.az-ın məlumatına görə, o bildirib ki, proqramında həmkarının pislənməsinə icazə vermir. Aparıcı daha sonra bildirib:
“Kimsənin ağlına gəlməsin ki, gəlib Xoşqədəm Hidayətqızını pisləyəcək və mən ona şərait yaradacam. Əsla… Çünki hamımız televiziyada çalışırıq, çörək qazanırıq və xalqa xidmət edirik. İnşallah, onun da verilişi açılar, qayıdar efirə. Biz də gözləyirik. Bütün yükləri hər kəs çəkməli deyil ki… Əlbəttə gəlsin, gəlməlidir də. Niyə də yox. Kim yaxşılıq edirsə, Allah canını sağ etsin, balasını saxlasın”.
Follow @7timesaz