İran polisinin komandiri, briqada generalı Hüseyin Əştəri bildirib ki, İranın şimal-qərb sərhədlərinə yeni qüvvə və texnika göndərilib.
Azadlıq Radiosunun İran xidməti (Radio Fərda) tərəfindən yayılan məlumata görə, bu gün səhər Hüseyn Əştəri jurnalistlərə deyib ki, “bütün maneələr aradan qaldırılıb və təhlükəsizlik problemi yoxdur”.
“Radio Fərda” bu xəbərə şərh edərək yazır ki, İranın şimal-qərb sərhədindəki vəziyyətin gərginləşməsi, İranın Azərbaycanın azad etdiyi bölgələri ilə sərhəddə hərbi təlimlərə başlamasından sonra müşahidə olunur (virtualaz.org).
Follow @7timesaz