Dünya

Övladları COVID-ə yoluxan valideynlər məktəbi məhkəməyə verdilər

Övladları COVID-ə yoluxan valideynlər məktəbi məhkəməyə verdilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Viskonsin ştatında övladları koronavirusa yoluxan iki ailə məktəbi məhkəməyə verib.

7times.az xarici KİV-ə istinadən xəbər verir ki, Şennon Censen və Cina Kildal adlı şagirdlərin valideynləri təhsil müəssisəsini maska və sosial məsafə kimi karantin tələblərinə riayət etməməkdə günahlandırıb.

Qeyd edək ki, ABŞ-ın xəstəliklərə nəzarət mərkəzi karantin tələblərinin tətbiq olunduğu məktəblərdə yoluxma sayının xeyli az olduğunu açıqlayıb./Ölkə.az