Müğənni Afaq Aslanın erməni blogerlərlə eyni məclisdə iştirakı ilə bağlı video yayılıb.
Onun “Mas” adı ilə məşhurlaşan erməni blogerlə görüntüləri böyük səs-küyə və tənqidə səbəb olub.
7times.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a sənətçinin mətbuat katibi Həmzə Məmmədli danışıb.
Məsələyə aydınlıq gətirən H.Məmmədli Afaq Aslanın məclisdə erməni blogerin olmasından xəbərsiz olduğunu bildirib:
“Bildiyiniz kimi Riç məşhur videoblogerdir. Hüseyn Qasımovun da qohumudur. Onun Afaq Aslanla dostluq münasibətləri olduğuna görə ad gününə dəvət edib, o da həmin məclisə qatılıb. Məclisdə 20-dən çox adam olub, Afaq Aslan orada heç kimi tanımayıb, Riçə görə məclisə qatılıb. Afaq Aslan məclisə qatılanların hansı ölkədən, şəhərdən olduğundan xəbərsiz olub, çünki onlar öz tanışları deyil. Qarşı tərəfdən eşidəndə ki, Mas erməni əsillidir, məclisi həmin an tərk edib. Sosial şəbəkələrdə videolar paylaşılanda isə artıq gec olub. Afaq Aslan deyir, bilmirdim ki, o ermənidir”.
Follow @7timesaz