Rusiya Baş Prokurorluğu azərbaycanlı biznesmen Telman İsmayılovun bu ölkəyə təhvil verilməsi üçün Monteneqroya sorğu göndərib. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, İsmayılovla bağlı müvafiq sənədlər bu ölkənin Ədliyyə nazirliyinə təhvil verilib.
Məlumata görə, İsmayılov sifarişli qətllərdə ittiham olunur. İddiaya görə, o, qardaşları Rafiq və Vaqiflə birgə iş adamları Vladimir Savkin və Yuri Brıleyovun qətlini təşkil edibmiş.