Əməkdar artist Mətanət İsgəndərli gəlini Canananın ittihamlarına cavab verib.
7Times.az -ın məlumatına görə, “Günün sədası” verilişində qonaq olan ifaçı gəlini haqqında bir çox ittihamlar irəli sürüb. O, oğlu Kərimin ailəsinin dağılmasında gəlinini günahlandırıb.
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim Canana ilə evlidir. Cütlüyün 3 övladı var. Onlar boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda övladları Cananadan alınıb.