Dünya

Ağız qoxusunun səbəbi dəhşətli xəstəlik ola bilər

Ağız qoxusunun səbəbi dəhşətli xəstəlik ola bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çox hallarda pis ağız qoxusunun səbəbləri diş və damaq problemləri və natamam ağız boşluğu gigiyenasıdır.

Lakin bəzən pis ağız qoxusu daha təhlükəli pozulmalara işarə edir.
Münxen Texniki Universitetinin nəznində Klinikum rechts der Isar klinikasının həkimi professor Uve Himann bildirir ki, pis ağız qoxusunun səbəbləri arasında xroniki tonzillitdir (angina). Bu xəstəlik zamanı böyümüş badamcıqlarda bakteriyalar yığılır, irin əmələ gəlir ki, nəticədə pis qoxu yaranır.

7TIMES.AZ xəbər verir ki, professorun sözlərinə görə, bu yayılmış problemin digər səbəbi şəkərli diabetdir. Ağızdan gələn şirin “meyvəli” qoxu diabetə işarə edir.

Ağır böyrək xəstəlikləri, böyrək çatışmazlığı zamanı ağızdan ammiak, sidik qoxusu gələ bilər. Böyrəklər pis işləyəndə qanı yaxşı təmizləmir, nəticədə qanda yığılan toksiki maddələr ağciyərdən ifraz olunmağa başlayır ki, bu da pis ağız qoxusuna səbəb olur.

Ağciyər absesləri və ağciyər xərçəngi zamanı da nəfəsdən pis qoxu gəlir.

Mədə xəstəlikləri və o cümlədən mədə xərçəngi zamanı ağız qoxusu çox kəskin olur. /saglamolun.az/