Mingəçevir şəhərində fərdi təsərrüfatlardan birində insan skletləri üzə çıxıb.
7times.az xəbər verir ki, şəhər sakini Elçin Namazov həyətində qazıntı apardığı zaman insan skletinin qalıqlarına rast gəlib.
Hadisə barədə hüquq mühafizə orqanlarına dərhal məlumat verilib. Araşdırmalar zamanı ərazidən daha bir meyit qalığı üzə çıxıb.
Əldə olunan ilkin məlumata görə, həyətin ərazisi vaxtilə qəbiristanlıq kimi istifadə olunub.
Faktla bağlı araşdırma aparılır./APA
Follow @7timesaz