Zaqatalada Vəkillər Kollegiyasının üzvü, vəkil Azər İsmayılova məxsus avtomobil yandırılıb.
7times.az xəbər verir ki, bu barədə Unikal.org-a vəkil özü məlumat verib.
O qeyd edib ki, avtomobili yandırmaqda şübhəli bildiyi şəxs var: “Hadisə yaşadığım binanın həyətində baş verib. Maşını benzinlə yandırıblar. Həmin şəxsin adını açıqlamaq istəmirəm, ancaq hesab edirəm ki, bunu edən şəxs mənim müdafiə etdiyim şəxsin işi üzrə qarşı tərəfdir”.
Follow @7timesaz