Yunanıstanın “Ta Nea” qəzetinin yazdığına görə, ABŞ bu ölkənin Dədəağac bölgəsinə hücum vertolyotları, pilotsuz uçuş aparatları (PUA), tanklar və zirehli döyüş texnikalar yerləşdirəcək.
7times.Az publika.az-a istinadən xəbər verir ki, nəşrdə bu daşınmanın ən böyük hərbi daşınma olduğunu və əsas detalların sentyabr ayında Yunanıstan və ABŞ rəsmiləri tərəfindən müzakirə edildiyi qeyd olunub.
Məqalədə qeyd olunur ki, ABŞ-ın bu bölgədə hərbi qüvvə yığmasının məqsədi boğazlara çıxış əldə etməkdir. ABŞ-ın Dədəağaca əhəmiyyət verməsinin başqa bir səbəbi isə Türkiyə ilə Rusiyanın yaxınlaşması halında bir tarazlıq yaratmaqdır.
Dədəağac bölgəsinə ilk göndərmə “Defender Europe 21” təlimi sayəsində gerçəkləşdirilib. Bölgəyə 145 helikopter, 1800-dən çox zirehli texnika və 20 mindən çox hərbçi gətirilib. Balkanların və bəzi Avropa ölkələrinin daxil olduğu təlimə ilk dəfə Yunanıstan da cəlb edilib.
Yunanıstan Dədəağac limanına əlavə olaraq, ABŞ üçünYunanıstan Quru Qüvvələrinin “Yunuli” qərargahını ayırıb. Müəssisədə 300-dən çox Amerika əsgərinin yerləşə biləcəyi iddia edilir.
Follow @7timesaz